Bakı.Trend:
Martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlüCeyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanınölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin GülgəzAğasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslışübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinəçatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.