RU

Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır

10:31 19.03.2026
10:31 19.03.2026

Azərbaycanda bu gün qısa iş günüdür.

Mynews.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır.

Bu səbəbdən Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar olaraq bu gün ölkə üzrə qısaldılmış iş günü hesab olunur.

Qeyd edək ki, Novruz və Ramazan bayramları münasibətilə 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri (ardıcıl 11 gün) qeyri-iş günləri olacaq.


Избранный
65
8
mynews.az

10Источники