RU

KİV: Əli Laricani və İsmayıl Xətibin yerinə onlar gətirildi

İranın Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olunub.

“Yeni Sabah” İran mediasına istinadən xəbər verir ki, ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürülən Əli Laricaninin yerinə Hüseyn Dehqan gətirilib.

Məlumata əsasən, H.Dehqan bundan əvvəl İranın müdafiə naziri və silahlı qüvvələrə dəstək naziri vəzifəsində çalışıb, həmçinin ölkənin Ali Rəhbərinin müdafiə sənayesi üzrə müşaviri olub.

Bildirilib ki, o, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kadrlarından sayılır.

Bundan əlavə, martın 18-də öldürülən İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin də yerinə təyinat olub. Bu vəzifəyə Mustafa Purməhəmmədi təyinat alıb.

M.Purməhəmmədi təhlükəsizlik xidmətlərində təcrübəyə malikdir, əvvəllər daxili işlər naziri, Baş prokuror və Xarici Kəşfiyyat İdarəsinin direktoru vəzifələrində çalışıb.

Hələlik bu təyinatlarla bağlı rəsmi təsdiq yoxdur.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
79
yenisabah.az

1Источники