RU

Ceyhun Bayramov Ər-Riyadda nazirlərin məsləhətləşmə görüşündə Naxçıvana dron hücumu barədə məlumat verib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərqregionunda təhlükəsizlik və sabitliyin dəstəklənməsi yollarınınmüzakirəsi və əlaqələndirilməsi məqsədilə Səudiyyə ƏrəbistanınınƏr-Riyad şəhərində keçirilən nazirlərin məsləhətləşmə xarakterligörüşündə iştirak edib.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

eskalasiyanın nəticələri ayrı-ayrı ölkələrlə məhdudlaşmır, dahageniş regional və qlobal risklər yaradır, mülki şəxslərin həyatınıvə infrastrukturu təhlükə altına qoyur.

Nazir iştirakçılara martın 5-də İran ərazisindən AzərbaycanRespublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyatakeçirilmiş pilotsuz uçuş aparatları ilə hücumlar barədə məlumatverib. Hücum nəticəsində 4 mülki şəxs xəsarət alıb, NaxçıvanBeynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura ciddiziyan dəyib.

Bildirilib ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü vəvətəndaşlarının təhlükəsizliyini qorumaq əzmini bütün legitimvasitələrlə nümayiş etdirərək operativ və qətiyyətli şəkildə cavabverib.

Nazir İran tərəfinin hadisə ilə bağlı hərtərəfli araşdırmaaparılacağına dair verdiyi təminatların yerinə yetiriləcəyinə və bukimi halların təkrarlanmaması üçün zəruri tədbirlərin görüləcəyinəümid edildiyini qeyd edib.

Eyni zamanda, nazir yaranmış müharibə şəraitindən sonraAzərbaycanın atdığı addımlar, o cümlədən İrana göstərilən humanitaryardım barədə məlumat verib. Bildirilib ki, son yardım martın 18-dəNovruz və Ramazan bayramı ərəfəsində göndərilib, həmçininAzərbaycanın ərazisindən üçüncü ölkələr tərəfindən yardımınçatdırılmasına və mülki şəxslərin təxliyəsinə şərait yaradılıb.
Vurğulanıb ki, münaqişənin coğrafiyasının genişlənməsi təhlükəlidirvə dərhal dayandırılmalıdır. Regional dövlətlərin hədəfəalınmasının davam etməsinin parçalanmanı dərinləşdirdiyi vəuzunmüddətli sabitliyi sarsıtdığı qeyd olunub.

Bu kontekstdə region ölkələrinin sülh və təhlükəsizliyin təminolunmasında məsuliyyət və sahiblik prinsipinin əhəmiyyəti xüsusivurğulanıb.

Sonda bildirilib ki, beynəlxalq hüququn əsas prinsiplərinə –suverenliyə və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək vədaxili işlərə qarışmamaq kimi prinsiplərə ciddi riayət olunmasıregionda dayanıqlı sülh və sabitliyə aparan yeganə yoldur.

Избранный
76
17
az.trend.az

10Источники