Argentinalı hücumçu Lionel Messi karyerasında 900-cü qolunu vurub.
Redaktor.az xəbər verir ki, o, ötən gecə MLS çempionatında "İnter Mayami"-"Neşvil" qarşılaşmasında fərqlənib.
Belə ki, matçın 7-ci dəqiqəsində Messi komandasının yeganə qoluna imza atıb.
Bu qol onun karyerasında 900-cü qolu olub. Argentinalı bu nəticəyə 1142 oyunda çatıb.
Qeyd edək ki, portuqalıyalı hücumçu Kriştiano Ronaldo 900 qola 1238 oyunda nail olub.
Aminə ŞAHSUVARQIZI