RU

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı antisemitizmdən narahatdır

Bakı, 19 mart, AZƏRTAC

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk son günlərdə Belçika, Niderland, Kanada və ABŞ-da sinaqoqlara və yəhudi icmalarına qarşı törədilən bir sıra antisemit hücumlarla bağlı dərin narahatlığını bildirib.

AZƏRTAC xəbər verir ki, F.Türk rəsmi açıqlamasında dini yerlərə və icmalara qarşı “dəhşətli” hücumların dövlətlərdən qətiyyətli cavab tələb etdiyini vurğulayıb.

Ali Komissar hücumların baş verdiyi ölkələrin hakimiyyət orqanlarını hadisələri dərhal, tam və şəffaf şəkildə araşdırmaq və təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün “əhəmiyyətli addımlar” atmağa çağırıb. Onun sözlərinə görə, bu cür hallarda cəzasızlıq təhlükəli presedent yaradır və qorxu mühitini alovlandırır.

F.Türk vurğulayıb ki, hər bir insan “qorxu və ya hədə-qorxu olmadan” öz dininə etiqad etmək imkanına malik olmalıdır. Dünyanın müxtəlif bölgələrində antisemit təzahürlərin artması həssas icmaların qorunması üçün sistemli tədbirlər tələb edir.

Избранный
88
1
azertag.az

2Источники