RU

Kallas: Aİ İranda İsveç vətəndaşının edamını pisləyir

Aİ İranda İsveç vətəndaşının edam edilməsini pisləyir və bunu mənasız zorakılığın amansız aktı hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyanat verib.

"Avropa İttifaqı İrana bütün edamları dayandırmaq və ölkədə ölüm hökmünü ləğv etmək çağırışlarını davam etdirir", - Kallas qeyd edib.

İsveç Xarici İşlər Nazirliyi martın 18-də təsdiqləyib ki, 2025-ci ilin iyunundan bəri həbsdə olan ölkə vətəndaşı (adı açıqlanmır) İranda edam edilib. Bununla belə, media orqanları qeyd ediblər ki, İsveç vətəndaşı, etnik iranlı Kuruş Keyvani casusluq ittihamı ilə İranda edam olunub. O, 2019-cu ildə İsveç pasportu alsa da, eyni zamanda, İran vətəndaşlığına da malik idi.

Hadisə ilə əlaqədar İranın Stokholmdakı səfiri XİN-ə çağırılıb.

"Ölüm hökmü qeyri-insani, qəddar və geri dönməz bir cəzadır. İsveç digər Aİ ölkələri ilə birlikdə bu cəzanın istənilən şəraitdə tətbiq edilməsini pisləyir", - deyə İsveç xarici siyasət idarəsinin rəhbəri Mariya Malmer Stenerqard bildirib.

Избранный
48
1
ikisahil.az

2Источники