İranda yerləşən Buşehr Atom Elektrik Stansiyası ərazisinə endirilən zərbə nəticəsində reaktorun yaxınlığındakı tikili dağıdılıb.
Far.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) sosial şəbəkə X-də məlumat yayıb.
Qurumun açıqlamasına görə, stansiyanın reaktorundan təxminən 350 metr məsafədə yerləşən obyekt vurulub.
MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, zərbə nəticəsində reaktor zədələnməyib və stansiya əməkdaşları arasında xəsarət alan yoxdur.