Fanat saytına istinadən ain.az xəbər verir.
Azərbaycan I Liqasında XIX tur start götürüb.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə iddialılardan "Baku Sportinq" ilə "Mingəçevir" üz-üzə gəlib, lider "Şəfa" isə "Şahdağ Qusar"ı sınağa çəkib.
Paytaxt və bölgə təmsilçilərinin Buzovnada baş tutan görüşündə qalib müəyyənləşməyibsə, digərindən "Şəfa" qalib ayrılıb. Lider 26-cı dəqiqədə Xəyal Tomarovun qırmızı vərəqə alması ilə azlıqda qalsa da, qələbə topunu vurub. "Şahdağ Qusar"da isə Aqostinyo Çipesse matça əlavə olunmuş dəqiqələrdə meydandan qovulub.
Günün son matçında isə "Səbail" ilə MOİK qarşılaşıb. Matçda qalib müəyyənləşməyib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan I Liqası
XIX tur
18 mart
“Baku Sportinq” – “Mingəçevir” 1:1
Qollar: İ.Allahverdiyev, 8 - K.Kalunqa, 34.
“Şəfa” – “Şahdağ Qusar” 1:0
Qolar: E.Zamanov, 45.
“Səbail” – MOİK 2:2
Qollar: R.Voronsov, 64. Q.Səfərov, 86. - S.Fərəcov, 19. M.Məmmədzadə, 69.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.