RU

"Arşın mal alan" Vankuver səhnəsində (FOTO)

Bakı. Trend:

Kanadanın Vankuver şəhərində yerləşən “Terri Foks” teatrındadahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan"operettası nümayiş olunub. Operetta Azərbaycan RespublikasınınDiasporla İş üzrə Dövlət Komitəsinin, “EventTop Cloud Services”şirkətinin dəstəyi, “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının,“Turkuaz” Türk İncəsənət və Mədəniyyət Fondunun təşkilatçılığı iləsəhnələşdirilib.

Bu barədə Trend-ə komitədən məlumat verilib.

“Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının üzvlərininiştirakı ilə müasir üslubda quruluş verilən tamaşanın premyerasındaAzərbaycan diasporunun və müxtəlif millətlərin nümayəndələri biraraya gəlib.

Tamaşada rolları İlyas Gəncəviniya (Əsgər), Kristina Rəhimova(Gülçöhrə), Rövşən Tağıyev (Süleyman), Nəsrin Əttari (Asya), MəmmədPeyğəmbəri (Soltan bəy), Nurqəmər Peyğəmbəri (Cahan xala), LeylaKərəmzadə (Telli), Səid Şirazi (Vəli) və ansamblın digər üzvləriifa ediblər. Rəngarəng milli geyimlərdə çıxış edən aktyorlar,rəqqaslar və musiqiçilər peşəkar ifaları ilə tamaşaçılara unudulmazanlar yaşadıblar. Səhnə əsərini yüksək qiymətləndirən izləyicilərincəsənət ustalarının çıxışlarını gur alqışlarla qarşılayıblar.

Üzeyir Hacıbəylinin 1913-cü ildə qələmə aldığı ölməz “Arşın malalan” operettasının Vankuverdə səhnələşdirilməsi bir daha göstərdiki, Azərbaycanın mədəni irsi coğrafi sərhədləri aşaraq beynəlxalqauditoriyalarda böyük maraq doğurur.

Tamaşa təşkilatçılara və ifaçılara ünvanlanan səmimi təşəkkür vəminnətdarlıq ifadələri ilə yekunlaşıb.

Избранный
79
2
az.trend.az

3Источники