RU

Gürcüstan Patriarxı Sionu Kafedralında dəfn olunacaq

Tbilisi, 18 mart, AZƏRTAC

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Sionu Kafedralında dəfn ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Sinodun iclasında qərar qəbul olunub.

Yepiskop Müqəddəs İov deyib ki, Patriarx Katolikos Sionu Kafedralında dəfn edilməsi barədə qohumlarına vəsiyyət edib.

Dəfn mərasimi martın 22-də keçiriləcək.

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
55
1
azertag.az

2Источники