RU

DİN-də İctimai Şuranın sədri o oldu

Martın 18-də Daxili İşlər Nazirliyi Yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda İctimai Şuranın təşkilati məsələləri müzakirə olunub, gündəlik təsdiqlənib və rəhbər heyət formalaşdırılıb.

Səsvermənin nəticələrinə əsasən, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib.


Əliməmməd

DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov sədr müavini, Azərbaycan Jurnalistləri Birliyinin üzvü, əməkdar jurnalist İxtiyar Hüseynli isə Şuranın katibi seçilib. İclasda İctimai Şuranın qarşıdakı iki il üçün fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilib. İclasdan sonra Daxili işlər nazirinin müavini, DİN yanında İctimai Şuraya seçkilər üzrə seçki komissiyasının sədri, general-leytenant İsmət Əliyev Şura üzvlərinə vəsiqələri təqdim edib.

Musavat.com

Избранный
111
14
musavat.com

10Источники