RU

Bernardu Silva İtaliya yolunda - SON DURUM

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva karyerasını İtaliyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Gazzetta dello Sport" yayıb. 

Mənbənin məlumatına görə, ulduz futbolçu "Yuventus"un diqqət mərkəzindədir. Turin nəhəngi "Nyukasl"ın oyunçusu Sandro Tonali ilə bağlı planlarını dəyişdikdən sonra diqqətini Silvaya yönəldib. 

Portuqaliyalı futbolçu mövsümün sonunda, müqaviləsi başa çatdıqdan sonra "Mançester Siti"dən ayrılacaq. 

31 yaşlı Silva bu mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" yarımmüdafiəçinin dəyərini 27 milyon avro olaraq qiymətləndirir.

Избранный
27
1
fanat.az

2Источники