RU

Şantaj üçün istifadə edilən görüntülərin mənşəyi bilindi VİDEO

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Prezidentin ailəsini şantaj edən şəxsi saxlaması ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. İTV-nin yaydığı məlumata görə istintaq zamanı həmin şəxsin telefonundakı görüntülərin mənşəyi məlum olub. Araşdırmalar göstərir ki, yayılan kadrlar əslində yaş məhdudiyyəti olan xarici saytlardan götürülüb.Demokrat.az-ın məlumatına görə görüntülərdəki şəxsin "Amber Lulu" ləqəbi ilə tanınan qadın olduğu təsdiqlənib. Hüquq-mühafizə orqanları artıq həmin qadının əsl kimliyini və yaşadığı ünvanı da müəyyən ediblər. Onun sosial media hesablarında kifayət qədər açıq fotoları mövcuddur ki, bu da yayılan iddiaların saxta olduğunu sübut edir.Sujetdə qeyd olunur ki, aparılan bütün bu kampaniya tamamilə yalan faktlar üzərində qurulub. Özünü "bloqer" kimi təqdim edən təşkilatçıların isə bu həqiqətlərdən əvvəlcədən xəbərdar olduqları bildirilir. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
110
demokrat.az

1Источники