RU

90 milyonluq transfer hazırlığı

“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın hücum xəttini gəncləşdirmək üçün radikal addım atmağa hazırlaşır.

Msport.az xəbər verir ki, alman mütəxəssis klubun idman direktoru Dekoya “Nyukasl”ın hücumçusu Nik Voltemadenin transfer edilməsi barədə qəti tapşırıq verib.

Flik öz həmyerlisi olan Voltemadeni Robert Levandovskinin uzunmüddətli varisi kimi görür. “Barselona” bu transfer üçün 70-90 milyon avro arasında bir məbləği gözdən çıxarıb.

Qeyd edək ki, cari mövsüm “Nyukasl” forması ilə Premyer Liqada diqqət çəkən 24 yaşlı alman forvardın katalonların maraq dairəsində olması, onun karyerasında böyük sıçrayış edə biləcəyindən xəbər verir.

Избранный
56
2
msport.az

3Источники