AZ

Hansi Flikdən 90 milyonluq transfer əmri

"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın hücum xəttini gəncləşdirmək üçün radikal addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, alman mütəxəssis klubun idman direktoru Dekoya "Nyukasl Yunayted"in hücumçusu Nik Voltemadenin transfer edilməsi barədə qəti tapşırıq verib.

Flik öz həmyerlisi olan Voltemadeni Robert Levandovskinin uzunmüddətli varisi kimi görür. İngiltərə mətbuatının yazdığına görə, "Barselona" bu transfer üçün 70-90 milyon avro arasında bir məbləği gözdən çıxarıb.

Cari mövsümdə "Nyukasl Yunayted" forması ilə Premyer Liqada diqqət çəkən 24 yaşlı alman forvardın katalonların maraq dairəsində olması, onun karyerasında böyük sıçrayış edə biləcəyindən xəbər verir.

Seçilən
46
2
fanat.az

3Mənbələr