Rheinmetall şirkətinin hərbi-dəniz sistemləri ilə məşğul olan yeni bölməsi baş podratçı kimi çıxış edərək Almaniyanın F126 sinifli freqatlarının tikinti müddətini əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.
Herbiand.az xəbər verir ki, bu barədə şirkətin rəsmisi Hartpunkt nəşrinə bildirib.
Şirkət nümayəndəsi deyib ki, ən yaxşı mümkün variantlar araşdırılır.
Hazırlanan altı F126 sinifli gəminin Almaniya Hərbi Dəniz Qüvvələrindəki F123 sinifli (“Brandenburq”) freqatlarını əvəz etməsi planlaşdırılır.
F126 freqatlarının su tutumu 10.550 tona qədərdir, uzunluğu 166 metr, eni 21,7 metr, suya oturma dərinliyi 5,9 metr olacaq. Heyət 114 nəfərdən ibarətdir.
Silahlanmaya 127 mm-lik top qurğusu, NSM gəmi əleyhinə raketlər, ESSM və RIM-116 RAM yer-hava raketləri, 27 mm-lik artilleriya sistemləri və 12,7 mm-lik pulemyotlar daxil olacaq.
Göyərtədə iki NH90 “Sea Tiger” helikopteri və bir helikopter tipli pilotsuz uçuş aparatını yerləşdirmək mümkün olacaq.
Bəxtiyar CƏFƏRLİ