RU

Şirin çay təhlükəlidir? - AÇIQLAMA

"Şirin çay qəti şəkildə arzuolunmazdır və belə bir qidalanma tərzi düzgün hesab edilə bilməz".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.

Həkim həmçinin əlavə etdi ki, insanlarda çox vaxt bala meyillilik olur və o, təbii məhsul kimi qəbul edildiyi üçün zərərsiz sayılır:

"Lakin balın qlikemik indeksi kifayət qədər yüksəkdir. Eyni məsələ xurma üçün də keçərlidir. Məsələn, iki ədəd xurma qəbul etmək olar, amma dörd-beş ədəd xurma artıq yüksək kalori deməkdir və bu enerji sərf olunmazsa, piylənməyə səbəb olur. Piylənmə ilə mübarizədə əsas yanaşma budur: qəbul edilən karbohidrat və ümumi enerji miqdarı mütləq xərclənməlidir. Əks halda, yığılan kilokalorilər piy kimi toplanır və nəticədə insan obezitedən əziyyət çəkir".

Nuriyyə NATİQQIZI

Избранный
26
1
redaktor.az

2Источники