RU

Bəhreyn indiyədək İrana məxsus 130 raketi və 234 PUA-nı zərərsizləşdirib

Bəhreynin hava hücumundan müdafiə sistemləri indiyədək ölkəni hədəf alan İrana məxsus 130 raketi və 234 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Xezerxeber.az yerli mediaya istinadla xəbər verir ki, bu məlumat Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığının bəyanatında əks olunub.

Bəyanatda, həmçinin qeyd edilib ki, mülki obyektlərin hədəfə alınması beynəlxalq humanitar hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, bu hərəkətlər regional sülhü və sabitliyi birbaşa təhdid edir.

Bəyanatda insanlara ciddi zərurət olmadıqda, evdən çıxmamaq tövsiyə edilib.

Избранный
2
2
xezerxeber.az

10Источники