ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Qahirə, 14 mart, AZƏRTAC
Bəhreynin hava hücumundan müdafiə sistemləri indiyədək İrana məxsus 124 raketi və 203 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu məlumat Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığının bəyanatında əks olunub.
Bəyanatda, həmçinin qeyd edilib ki, mülki obyektlərin hədəfə alınması beynəlxalq humanitar hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.