UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda "Real Madrid"ə uduzaraq (0:3, 1:2) mübarizəni dayandıran "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sözügedən turnirin antirekorduna imza atıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Pep bir rəqib tərəfindən ardıcıl 3 mövsümdə mübarizədən kənarlaşdırılan ilk mütəxəssis olub.
Daha öncə Qvardiolanın komandasını İspaniya nəhəngi 2023/2024 mövsümündə 1/4 final (4:4, penaltilərlə 3:4), 2024/2025 mövsümündə isə pley-offda (ümumi hesab - 2:3) üstələyib.
Onu da qeyd edək ki, "Real" son 5 ÇL mövsümündə Qvardiolalı MS-in yolunu 4 dəfə kəsib.
Toğrul