RU

"Yelo Bank" Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub

Bakı. Trend:

Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların,gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsinihədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026)Azərbaycanda da start götürüb. İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının (OECD) rəhbərliyi ilə keçirilən bu beynəlxalqkampaniyaya "Yelo Bank" "Yelo Finance Talks" layihəsi ilə aktivdəstək verir.

Martın 22-dək davam edəcək "Puldan danışaq!" devizli kampaniyaçərçivəsində bank artıq ilk təlimlərini uğurla reallaşdırıb.Layihənin ilkin mərhələsində universitet tələbələri və gəncmütəxəssislərlə görüş keçirilib. "Yelo Bank"ın daxilitəlimçilərinin rəhbərliyi ilə baş tutan müzakirələrdə büdcəninidarə olunması, investisiyanın əsasları, rəqəmsal bankçılıq vəmaliyyə risklərindən qorunma yolları kimi aktual mövzular ətraflıtəhlil edilib.

"Yelo Finance Talks" layihəsinin növbəti dayanacağı isə məktəblilərolub. Bankın baş ofisində qonaq olan əməkdaşların övladları üçüntəşkil edilən təlim maraqlı oyunlar və interaktiv müzakirələrləyadda qalıb. Kiçik mütəxəssislər pulun yaranma tarixi, istək vəehtiyacların fərqi, həmçinin büdcənin ağıllı planlanması kimi vacibbilikləri sadə və əyləncəli yolla mənimsəyiblər. Təlimdə həmçininrəqəmsal dünyada maliyyə fırıldaqçılarından qorunma yolları dauşaqlara izah edilib.

"Yelo Bank" gənc nəslin daha düzgün maliyyə qərarları verməsinəkömək etmək və cəmiyyətdə iqtisadi biliklərin səviyyəsini artırmaqüçün bu cür maarifləndirici təşəbbüsləri daim diqqət mərkəzindəsaxlayır. Qeyd edək ki, 2012-ci ildən bəri keçirilən Qlobal PulHəftəsi bu günədək dünya üzrə 71 milyondan çox gənci əhatə edərəkonların parlaq gələcəyi üçün mühüm təməl rolunu oynayıb.

Bank xidmətləri, o cümlədən depozit faizlerihaqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin vəya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Избранный
42
8
az.trend.az

9Источники