RU

ŞOK: Əli Laricani buna görə aradan götürülüb – Türkiyə izi

İranın siyasi elitasının ən nüfuzlu simalarından biri, Ali Rəhbərin xüsusi nümayəndəsi Əli Laricaniyə qarşı həyata keçirilən sui-qəsdin pərdəarxası məqamları dünya mediasının və siyasi analitiklərin əsas müzakirə mövzusuna çevrilib. Bu hadisə sadəcə bir yüksək rütbəli məmurun aradan götürülməsi deyil, həm də regionun gələcək taleyini müəyyən edəcək gizli diplomatik oyunların ifşası kimi qiymətləndirilir. Xüsusilə bu prosesdə “Türkiyə izi” və Vaşinqtonla qurulması planlaşdırılan gizli dialoq cəhdləri diqqət mərkəzindədir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Laricaninin hədəf seçilməsinin kökündə onun ABŞ ilə münasibətləri normallaşdırmaq cəhdləri dayanırdı:

“Əli Laricani İranın Təhlükəsizlik Şurasının keçmiş katibi və parlamentin sabiq sədri kimi sistem daxilində çox vacib və çəkili bir fiqur idi. Onun Vaşinqtonla konfidensial danışıqları məhz Türkiyə vasitəsilə həyata keçirmək planı var idi.

ABŞ tərəfi də Laricani ilə dialoqda maraqlı idi və onu Tehran daxilində ‘mülayim qanadın’ ən etibarlı təmsilçisi kimi görürdü. Məhz bu səbəbdən ona qarşı Vaşinqton tərəfindən hər hansı bir sui-qəsd planı yox idi. Laricani də bu təhlükəsizlik zəmanətinə güvənərək Tehran küçələrində kifayət qədər açıq və sərbəst hərəkət edirdi. Lakin bu ‘gizli kanal’ İsrailin strateji maraqlarına tam zidd idi”.

Məhəmməd Əsədullazadə

Politoloqun sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahu Tehran və Vaşinqton arasında hər hansı yaxınlaşmanın baş tutmaması üçün bütün imkanlarını səfərbər edib:

“Netanyahu Tehranla Vaşinqtonun masa arxasına əyləşməsinin qəti əleyhinədir. ABŞ-nin Rusiya-Ukrayna müharibəsində hələ ciddi irəliləyişlər əldə etmədən İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara və təzyiqlərə başlaması məhz Netanyahunun təhriki ilə həyata keçirilib. Bu faktı bu gün istefa verən Trampın müşavirləri və nüfuzlu konqresmenlər də açıq şəkildə etiraf edirlər. İsrail Laricanini aradan götürməklə həm də ABŞ-nin İranla potensial dialoq körpüsünü partlatmış oldu”.

Hazırda İran daxilindəki siyasi vəziyyəti dəyərləndirən Məhəmməd Əsədullazadə qeyd edib ki, yaranmış dərin böhrandan yeganə çıxış yolu prezident Məsud Pezeşkiandır:

“İranda hazırda əsas siyasi fiqur məhz prezident Məsud Pezeşkiandır. Əgər SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) bütün səlahiyyətləri ona təhvil verib idarəetmədən geri çəkilərsə, ölkəni hazırkı hərbi və iqtisadi uçurumdan xilas etmək mümkün ola bilər. Lakin burada bir böyük təhlükə də var: İsrail Laricanidən sonra növbəti hədəf kimi birbaşa prezidenti də nişangaha götürə bilər. Bu isə İran dövlətçiliyi üçün tam bir xaosa yol açacaq”.

Turan

NOCOMMENT.az 

Избранный
17
nocomment.az

1Источники