RU

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib (FOTO)

Bakı. Trend:

Bank Respublika Oxbridge Akademiyasında məktəblilər üçünmaliyyə savadlılığı tədbiri keçirib

Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətindəhəyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi(Global Money Week) çərçivəsində Bakıda yerləşən OxbridgeAkademiyasında məktəblilər üçün maarifləndirici tədbir təşkiledib.

Tədbirin əsas məqsədi şagirdlərə maliyyə savadlılığının əsasprinsiplərini aşılamaq, onlarda düzgün maliyyə davranışıformalaşdırmaq və gələcəkdə daha məsuliyyətli maliyyə qərarlarıqəbul etmələrinə dəstək olmaqdır.

Tədbir çərçivəsində Bank Respublikanın mütəxəssisləri tərəfindənməktəblilərə pulun idarə olunması, büdcə planlaşdırılması, qənaətvərdişlərinin formalaşdırılması, rəqəmsal ödənişlər vəkibertəhlükəsizlik mövzularında interaktiv təqdimatlar keçirilib.İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri maliyyəsituasiyaları üzərindən praktiki nümunələrlə məlumatlandırılıb,sualları ətraflı şəkildə cavablandırılıb.

Tədbirin interaktiv hissəsi çərçivəsində təşkil olunanviktorinada sualları düzgün cavablandıran məktəblilər BankRespublika tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Qlobal Pul Həftəsi İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi(OECD/INFE) tərəfindən hər il keçirilən beynəlxalq təşəbbüsdür. Butəşəbbüsün əsas məqsədi uşaqların və gənclərin maliyyəsavadlılığını artırmaqdır. Bank Respublika da bu təşəbbüsəqoşularaq ölkədə maliyyə maarifləndirilməsi istiqamətində aktivfəaliyyət göstərir.

Bank Respublika bundan sonra da gənc nəslin maliyyə biliklərininartırılmasına yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.

Bank
Bank
Bank
Bank
Bank
Избранный
56
7
az.trend.az

8Источники