RU

Avtomobildə ən çirkli yer FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Biz avtomobili tez-tez yumağa məcburuq. Xüsusən də payız və yaz mövsümlərində. İş burasındadır ki, avtomobil sahibləri maşının əsasən eksteryerinin təmizliyinə fikir verirlər. Elə qanun da maşının xarici görünüşünü əsas götürür. Salonun təmizliyi isə çox vaxt ayaqaltıların təmizlənməsi ilə bitir.

Avtosfer.az xəbər verir ki, avtomobil salonunun təmizliyi şəxsi gigiyena və sağlamlıq üçün vacibdir. Maşının xarici səthində və ya mühərrikdə bir qayda olaraq bakteriyalar toplanmır. Lakin salon bu iş üçün ən münasib yerdir.

Laboratoriya analizləri göstərir ki, maşının ən natəmiz detalı sükan çarxıdır. Burada 1 kvadratsantimetrdə 700-dək bakteriya cəmlənə bilir. Düzgün qulluq edilən unitazda bunun yarısı qədər mikrob olmur. Lakin məsələdən çıxış yolu var.

Sükan çarxının təmiz saxlanması üçün ilk növbədə sürücü şəxsi gigiyenaya əməl etməlidir. Bundan sonra isə çarx vaxtaşırı olaraq dezinfeksiyaedici salfetlə silinməlidir. 

Hava deflektorları, sensor ekran və düymələr də çox çirklənən detallardır.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
avtosfer.az

1Источники