RU

Azəriqaz kupça sı olmayan evlərə qaz çəkilməsi ilə bağlı qərar verəcək Bu gün...

ain.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Məlumdur ki , 2023-cü ildən bəri "kupça"sız evlərə qaz çəkilməsi prosesi dayanırılıb. Artıq 3 ildən artıqdır ki, rəsmi çıxarışı olmayacan, yalnız bələdiyyə sənədi ilə tikilən evlərə qaz və elektrik xətlərinin çəkilməsi birmənalı qadağan edilib. Vətəndaşlar uzun müddətdir ki, bu problemin həllini gözləyirlər. Məsələ dəfələrlə parlamentdə də müzakirəyə çıxarılıb və sənədsiz evlərin sənədləşdirilməsinin mürəkkəb bir proses olduğu nəzərə alınaraq, kommunal xətlərin çəkilməsinin bu məsələdən asılılığının aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bəs aidiyyatı dövlət qurumu tərəfindən bu qərar nə zaman veriləcək?

Məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Sitat.info-ya danışıb.

O açıqlamasında bildirib ki, bu gün bu məsələ ilə bağlı qərar olacaq və qurumun saytında açıqlama veriləcək: "Bu gün bu məslələ ilə bağlı https://azeriqaz.az/az  saytında ətraflı məlumat veriləcək".

Tehran,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
9
sitat.info

10Источники