RU

Bu il 59 min daşınmaz əmlak qeydiyyata alınıb RƏSMİ

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 58 996 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata alıb.

"Cebheinfo.az" Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2 ay ərzində qeydiyyata alınmış mülkiyyət hüququnun 10 448-i və yaxud 17,7 %-i ilkin, 48 548-i və yaxud 82,3 %-i isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 704, mənzil üzərində 13 865, torpaq sahəsi üzərində 30 313, qeyri-yaşayış binası üzərində 561, qeyri-yaşayış sahəsi üzərində 1 452, əmlak kompleksi üzərində 85 və çoxmərtəbəli yaşayış binaları üzərində 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni mülkiyyət hüquqlarının 14 604-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

Yanvar-fevralda 41 323 texniki pasport tərtib edilib, 10 004 ipoteka müqaviləsi qeydiyyata alınıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
100
9
cebheinfo.az

10Источники