AZ

Əmlak bazarında ən çox qeydiyyat harada aparılıb?

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2026-cı ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlaküzərində 58 996 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışlatəmin edilib.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumatverilib.

Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 10 448-i(17,7 %) ilkin, 48 548-i (82,3 %) isə təkrar qeydiyyatın payınadüşür.

2026-cı ilin yanvar-fevral ayları ərzində fərdi yaşayış və bağevi üzərində 12 704, mənzillərdə 13 865, torpaq sahəsi üzərində 30313, qeyri-yaşayış binası üzərində 561, qeyri-yaşayış sahələrində1452, əmlak komplekslərində 85, çoxmərtəbəli yaşayış binalarıüzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Budövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14 604-ü Bakışəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-fevral ayları ərzində 41 323 texniki pasport tərtibedilib, 10 004 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Məqalədə:
Seçilən
126
9
az.trend.az

10Mənbələr