RU

Kanalizasiyaya görə evləri çökdü VİDEO

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Biləcəri qəsəbəsi, Tomris küçəsində yerləşən evin bir hissəsi artıq dörd aya yaxındır ki, dağılıb və uçma prosesi hələ də davam edir. Mövcud vəziyyət son dərəcə təhlükəlidir, nəinki evin özü, hətta ətrafdakı torpaq qatı da hər an çökə bilər.Qeyd edək ki, həmin evdə 11 nəfər yaşayırdı və hazırda onlar evsiz qalıblar. Hadisədən dörd ay keçməsinə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən evlə bağlı hər hansı ciddi tədbir görülməyib. Hadisə zamanı sakinlərin mebelləri və digər şəxsi əşyaları da zərər görərək yararsız hala düşüb.Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda evlərin kollektor xəttinin üzərində tikilməsi və sakinlərin konstruksiyaya müdaxilə edərək fərdi kanalizasiya xətlərini magistral xəttə qoşmaları nəticəsində sistem yararsız vəziyyətə düşüb. Artıq həmin xətt yenisi ilə əvəz olunub və yaxın günlərdə vətəndaşların evlərinə köçürülməsi nəzərdə tutulur.Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, çökmüş kollektor sisteminin yenilənməsi istiqamətində son tamamlama işləri davam etdirilir. İşlər başa çatana qədər ərazidə yaşayan vətəndaşlara dövlət tərəfindən müvəqqəti kirayə haqqı ödənilir. Bütün işlər yekunlaşdıqdan sonra isə evi zərər görmüş sakinlərin məsələsinə aidiyyəti qurumlar tərəfindən baxılacaq.Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjet yayımlanıb.Ətraflı reportajda:

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
56
demokrat.az

1Источники