RU

Bayram günlərində metro necə İŞLƏYƏCƏK?

"Bakı Metropoliteni" QSC Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bayram günlərində ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edilib ki, Bakı metrosunda Novruz və Ramazan bayramları ilə əlaqədar intervallarda dəyişiklik ediləcək. 20-21, 25-28 və 30 mart tarixlərində intervallar: "28 May-Əhmədli" istiqamətində 2,5 dəqiqə, 22-24 və 29 mart tarixlərində:

eyni istiqamətdə 3 dəqiqəyədək.

Digər sahələr üzrə (20-31 mart) isə intervallar belə olacaq:

"Həzi Aslanov-Əhmədli": 7 dəqiqə

"Avtovağzal-8 Noyabr": 7 dəqiqə

"Avtovağzal-Xocəsən": 14 dəqiqə təşkil edəcək.

Vurğulanıb ki, sərnişin təhlükəsizliyi üçün nəzarət tədbirləri gücləndiriləcək.

Избранный
10
23
far.az

10Источники