Ajans.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bayram günlərində ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq. 20-21, 25-28 və 30 mart tarixlərində intervallar: "28 May" - "Əhmədli" istiqamətində 2.5 dəqiqə 22-24 və 29 mart tarixlərində: Eyni istiqamətdə 3 dəqiqəyədək Digər sahələr üzrə (20-31 mart): "Həzi Aslanov" - "Əhmədli": 7 dəqiqə "Avtovağzal" - "8 Noyabr": 7 dəqiqə "Avtovağzal" - "Xocəsən": 14 dəqiqə təşkil edəcək. Qeyd edilib ki, sərnişin təhlükəsizliyi üçün nəzarət tədbirləri gücləndiriləcək.