Yazını böyüt
Yazını kiçilt
Sevilən müğənni Elnur Məmmədov bayram ərəfəsində pərəstişkarlarına verdiyi sözü yerinə yetirib.
Hafta.az xəbər verir ki, sənətçi bayram abu-havalı yeni klipini izləyicilərin ixtiyarına verib.
Xalq mahnısı "Nərgiz"ə yeni ekran həyatı verən ifaçı bunun üçün Şuşa şəhərində kamera qarşısına keçib.
Rəngarəng klipdə Novruz Bayramı adət-ənənələri, milli geyimlər və bayram əhval-ruhiyyəsi xüsusi olaraq vurğulanır.
Bəzi kadrların Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyində - Milli Azərbaycan Tarix Muzeyində - çəkildiyi klipin rejissoru isə Nail Naiboğludur.
"Nərgiz"ə çəkilən klip həm musiqisevərlər, həm də milli dəyərlərə bağlı olan izləyicilər tərəfindən maraqla qarşılanıb.