RU

Goranboyda bayram tədbirləri keçirilib - FOTOLAR

Gənclər və İdman Nazrliyi, Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Goranboy 2026-Gənclər Paytaxtı” və “Novruz Bayramı”  ümumrayon tədbirləri çərçivəsində, Goranboy şəhər Heydər Əliyev Parkında BaharFest və Novruz şənliyi tədbirləri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın bir çox bölgələrindən gələn fəal gənclər iştirak ediblər.

Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Tədbirdə  gənclər düşərgələrinə baxış keçirilib, tanınmış incəsənət ustalarının və rayonumuzun mədəniyyət işçilərinin ifasında musiqi proqramı, folklor nümunələri, müxtəlif idman növləri üzrə göstəricilər, rəsm və əl işlərindən ibarət sərgilər, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən səhnələr nümayiş etdirilib, bayram tonqalı yandırılıb. Tədbirin sonunda atəşfəşanlıq təşkil olunub. 

Избранный
54
24
unikal.az

10Источники