AZ

Sumqayıtda möhtəşəm bayram tədbiri Foto

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, bolluq və bərəkəti, xeyirxahlıq və birlik ənənələrini özündə ehtiva edən Novruz bayramı Sumqayıt şəhərində bu il də böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

Axar.az xəbər verir ki, baharın gəlişi münasibətilə Sumqayıt Bulvarı ərazisində ümumşəhər bayram tədbiri təşkil edilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti və minlərlə sakin iştirak edib.

Tədbir çərçivəsində şəhər rəhbəri Zakir Fərəcov sakinləri Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, bayram tonqalını alovlandırıb. O, çıxışında Novruzun xalqımızın qədim tarixi köklərə malik milli bayramı olduğunu vurğulayaraq, bu əziz günlərin ölkəmizə sülh, əmin-amanlıq, firavanlıq və yeni uğurlar gətirməsini arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm nailiyyətlər əldə edib, ərazi bütövlüyümüz bərpa olunub və bu gün Novruz bayramı işğaldan azad edilmiş torpaqlarımızda da böyük qürur hissi ilə qeyd edilir.

Bayram proqramı zəngin və rəngarəngliyi ilə seçilib. Tədbirdə Dədə Qorqud və Bahar qızı iştirakçılara xeyir-dualarını çatdıraraq, xalqımıza ruzi-bərəkət, firavanlıq və uğurlar arzulayıblar. Milli geyimli uşaqların ifasında təqdim olunan rəqslər, Kosa və Keçəlin şən çıxışları, eləcə də qədim xalq oyunları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Eyni zamanda, tədbir məkanında qurulan milli üslublu guşələrdə Azərbaycan xalqının zəngin mədəni irsi nümayiş etdirilib. Burada milli geyimlər, qədim el sənətləri, xalq yaradıcılığı nümunələri, eləcə də zəngin milli mətbəximizin müxtəlif təamları sərgilənərək iştirakçılara təqdim olunub.

Bayram tədbiri sakinlərə yüksək əhval-ruhiyyə bəxş edib, şəhərdə Novruzun ruhuna uyğun xüsusi bayram ab-havası yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
6
axar.az

10Mənbələr