RU

Bayramlarda metro gücləndirilmiş iş rejimində çalışacaq

Novruz və Ramazan bayramları ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Metropolitendən bildirilib.

Bayram günlərində ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

20-21, 25-28 və 30 mart tarixlərində intervallar 28 May-Əhmədli" istiqamətində 2,5 dəqiqə, 22-24 və 29 mart tarixlərində eyni istiqamətdə 3 dəqiqəyədək təşkil edəcək.

Digər sahələr üzrə (20-31 mart) isə interval aşağıdakı kimi olacaq:

"Həzi Aslanov-Əhmədli": 7 dəqiqə

"Avtovağzal-8 Noyabr": 7 dəqiqə

"Avtovağzal-Xocəsən": 14 dəqiqə təşkil edəcək.

Qurum sərnişin təhlükəsizliyi üçün nəzarət tədbirlərini gücləndirəcək.

"Cebheinfo.az"

Избранный
23
18
cebheinfo.az

10Источники