RU

"West gold" yağlarının satışı adı altında vətəndaşa dələduzluq edən qadının məhkəməsi oldu

"West gold" yağlarının satışı adı altında vətəndaşa dələduzluqda təqsirləndirilən Məryəm Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İlahə Səlimova dindirilib. 

"1995-ci ildə Moskvada yaşamışam. 2020-ci ildə Azərbaycana qayıtdım. Daha sonra anam Rusiyaya geri dönməyə qoymadı. Orda salonda lazerdə işləyirdim. Mənim Xalqlar Dostluğu ərazisində də evim var idi. Onu satdım ki, iş qurum. Ölkədən çoxdan çıxmağıma görə, Şirvandakıları tanımırdım. Məryəmlə tanış olduq. Mənə dedi ki, West gold yağlarının satışı ilə məşğulam. Dedi ki, yağları 6 manatdan anbardan götürüb mağazaya 19 manatdan veririk. Yaxşı qazanc var istəsən bu qədər pul qoy səndə çoxlu gəlir əldə et. 2 ayın içində mən ona ümumilikdə 76 min 300 manat vermişəm. Sonra içimə şübhə düşdü. Ondan vəsiqə istədim, mənə vatsap vasitəsilə iş və şəxsiyyət vəsiqələrini atdı. Bacıma bunu göstərəndə dedi ki, "1 nömrəli maşennikdi. Mən onun tutulmağını istəmirəm sadəcə zərəri qaytarsın".

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişdən pulu onun evində almışam.

Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib. 

Qeyd edək ki, Məryəm Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
63
37
unikal.az

10Источники