![]()
İranın yüksək rütbəli hərbi komandirlərindən biri ilə Mossad casusu arasında baş tutmuş telefon danışığının məzmunu üzə çıxıb.
Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Səs yazısında Mossad agenti iranlı komandana “Sənin haqqında hər şeyi bilirik, qara siyahıdasan” deyərək onu təhdid edir və mövqeyini dəyişməyə çağırır. O, habelə, xəbərdarlıq edir ki, əks halda taleyi Ali lider ilə eyni ola bilər.
Komandir isə cavabında “Qurana and içirəm ki, sənin düşmənin deyiləm. Bizə kömək edin” ifadələrini işlədir.
Daşqın HəsənovMissiya.Az