RU

Qaxın 23 kəndində qaz təzhicatı dayandırılıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax şəhərində və rayonun 23 kəndində (ümumilikdə 11 350 əhali və 245 qeyri-əhali abonenti) qaz təchizatı qəza halı kimi dayandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Qax qazpaylayıcı stansiyasının (QPS) daxilində qaz xəttinin üzərindəki flyans birləşməsində aşkarlanan güclü qaz sızması ilə əlaqədardır

Təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
1
oxu.az

2Источники