RU

İsrail qırıcılarının Beyruta hücumu nəticəsində 11 nəfər həlak olub FOTO VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İsrail qırıcı təyyarələrinin Livanın paytaxtı Beyrutun mərkəzinə hücumu nəticəsində xeyli ölən və yaralanan var.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beyrutun Zuqaq əl-Blat və Bosta kimi sıx məhəllələrinə hava zərbələri zamanı azı 11 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Xilasetmə qrupları hadisə yerində işləyir. İtki və yaralıların sayının artacağı istisna edilmir.

Mülki Müdafiə Xidmətindən bildirilib ki, raketlər üç çoxmərtəbəli binaya atılıb. Yanğınlar tez bir zamanda söndürülüb və alov qonşu binalara yayılmayıb. Partlayış dalğası yaxınlıqdakı bir neçə binanın da fasadını dağıdıb.

Qeyd olunub ki, İsrail təyyarələri gecə ərzində Beyrutun cənub hissəsinə doqquz zərbə endirib ki, bunların əksəriyyəti Bir Abed və Əl-Camus məhəllələrinə dəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
62
oxu.az

1Источники