RU

İran səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

İrana göndərilən humanitar yardıma görə Azərbaycan Prezidenti və hökumətinə təşəkkür edirəm.  

Xezerxeber.az xəbər verir ki, bunu humanitar yardımı yolasalma mərasimində iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib. 

"Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edirəm ki, belə bir vəziyyətdə İrana diqqət göstərib, oradakı bacı-qardaşlara yardım edib. Bu bizim müştərək mədəniyyətimizdən qaynaqlanır, çətin vəziyyətdə bir-birimizə kömək edirik. Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Bu bayramlar ərəfəsində bu xoş niyyət olduqca təqdirəlayiqdir. Belə bir gündə yardım edilməsi müsbət addımdır. Çox xoş və sevindirici haldır ki, yardıma ilk Azərbaycan qoşuldu. Bu da bizim üçün olduqca əhəmiyyətlidir". - deyə səfir qeyd edib.

Избранный
54
8
xezerxeber.az

9Источники