Bu, Azərbaycanın İrana göndərdiyi sayca ikinci humanitar yardımdır.
KONKRET.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
Səfir Azərbaycan hökumətinə və xalqına təşəkkür edib:
“Azərbaycan belə bir vəziyyətdə İrana diqqət göstərib, oradakı bacı-qardaşlara yardım edib. Bu bizim müştərək mədəniyyətimizdən qaynaqlanır, çətin vəziyyətdə bir-birimizə kömək edirik. Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Belə bir gündə yardım edilməsi müsbət addımdır”.