RU

Azərbaycan İrana 82 ton humanitar yardım göndərir

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığından sonra Azərbaycandan İrana növbəti humanitar yardım göndərilir.

Yardımın ümumi həcmi 82 ton təşkil edir. Bunun 76 tonu ərzaq məhsulları, 4 tonu dərman vasitələri, 2 tonu isə tibbi ləvazimatlardan ibarətdir. Yardım 5 yük avtomobili vasitəsilə daşınır.

Qeyd edilir ki, yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yükə bayram sovqatları da əlavə olunub.

Bundan əvvəl göndərilən humanitar yükə isə 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan çox içməli su, 600 kiloqrama yaxın çay, eləcə də təxminən 2 ton dərman və tibbi ləvazimat daxil edilib.

Gülnar Nazimqızı 

Избранный
31
anews.az

1Источники