RU

İran Prezidenti Pezeşkian: Sərt intiqam qaçılmazdır

İran Prezidenti Məsud Pezeşkian Ali Laricaninin öldürülməsinin sərt cavabla nəticələnəcəyini bəyan edib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İranın Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricaninin sui-qəsd nəticəsində həlak olmasına görə məsul şəxslərin sərt şəkildə cəzalandırılacağını bildirib.

Pezeşkian açıqlamasında qeyd edib:

“Şübhəsiz ki, terror aktları zamanı əllərini İranın müqəddəs torpaqlarında şəhid olmuş məzlum, cəsur və mətin insanların qanına bulaşdıran cinayətkar terrorçuları sərt intiqam gözləyir”.

O, həmçinin Ali Laricaninin vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrail Kats Laricaninin Tehrana endirilən İsrail zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb. Daha sonra Laricaninin ofisi onun ölümünü təsdiqləyib.

//Gülnarə Abasova, Editor.az

Избранный
63
editor.az

1Источники