İranın “Buşehr” atom elektrik stansiyasının (AES) ərazisinə reaktiv mərmi düşüb.
Publika.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı (İAET) məlumat yayıb.
"Düşmən tərəfindən “Buşehr” AES-in meydançasına atılan mərmi nə maddi-texniki ziyana, nə də insan tələfatına səbəb olub", - deyə təşkilatdan bildirilib.
Qeyd edilib ki, zərbə çərşənbə axşamı yerli vaxtla saat 19:00 radələrində (Bakı vaxtı ilə 19:30) endirilib. İAET-dən vurğulanıb ki, baş verənlər bütün beynəlxalq normaların pozulmasıdır.
“Nüvə obyektlərinə hücum bütün region, o cümlədən Fars körfəzi ölkələri üçün düzəlməz nəticələrə səbəb ola bilər”, deyə təşkilatdan əlavə edilib.