Gürcüstanda ölkənin dini lideri, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar ümummilli matəm elan edilib.
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası rəsmi məlumat yayıb. Bildirilir ki, qəbul olunan qərar ölkə üzrə bütün dövlət strukturlarını əhatə edir və matəm günlərində bir sıra rəsmi tədbirlərin təxirə salınması da nəzərdə tutulur.
Məlumata əsasən, hökumətin qərarı ilə respublika ərazisində yerləşən bütün inzibati binalarda dövlət bayraqları yarıyadək endiriləcək. Bununla yanaşı, dövlət qurumlarında və ictimai məkanlarda matəm ab-havasının qorunması üçün müvafiq qaydalara əməl olunması tələb olunur.
Qeyd edək ki, II İliya Gürcüstanın dini həyatında mühüm rol oynayan simalardan biri olub və onun vəfatı ölkə ictimaiyyətində dərin hüznlə qarşılanıb.
Musavat.com