RU

Superliqa: "Fənərbağça" doğma meydanda böyükhesablı qələbə qazanıb

Bakı, 17 mart, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış oyununda "Fənərbağça" evdə "Qaziantepspor"la qarşılaşıb. İstanbul təmsilçisi böyükhesablı qələbə qazanıb - 4:1.

Ev sahibi komandanın heyətində Dorjeles Nene het-trik edib, digər qolun müəllifi Nqolo Kante olub. Qonaqlardan isə Aleksandru Maksim fərqlənib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 60-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb.

Избранный
74
2
azertag.az

3Источники