RU

"Bloqerlər"in saxta fotoları - DTX yalanları ifşa edib

Bloqerlərin saxta fotoları - DTX yalanları ifşa edib
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb.

Newscenter.az "İTV"yə istinadən xəbər verir ki, saxlanılan şəxsin telefonunda olan görüntülər 18+ saytlardan götürülüb.

Materialda deyilir:

"Kadrda olan isə bu tip saytlarda "Amber Lulu" ləqəbi ilə tanınan qadındır. Onun əsl adı, yaşadığı ünvan istintaqa məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət qədər şəkli var. Başqa sözlə, Alena Əliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloqer adlandıranlar əlbəttə ki, bilirlər. Onların belə davranışlarına qiyməti qoy hamı öz vicdanına uyğun formada versin. Amma bu işdə hələ bir sıra qaranlıq məqamlar qalır. Bu videoları özünü bloqer adlandıran şəxslərə kim ötürüb? Saxlanılan şəxsin telefonunda tapılan audioyazının daha bir hissəsini təqdim edirik.

Zəki Səlimovun F.S.-ə göndərdiyi səs yazısının mətni:

"Başa düşürəm, başa düşmək lazımdır burda da. Yəni bunu da anlamaq lazımdır ki, düymə hardan basılıb. Yəni haracan icazə verirlər də. Bu məsələnin, məsələn üçün, Mehman tərəfindən ortalığa deyilməsi, qoyulmasına icazə verilib. Başa düşürsən? Bizə də icazə verilib ki, yəni bunu biraz qabardaq, biraz şey eləyək və yayaq məsələn üçün buna can. Çünki bilirsən ki, yəni ki, burda kimsə nəyisə artıq dərəcədə qoysa ortalığa, o vurulacaq. Yəni bunu sən gözəl başa düşürsən də və gözəl də bilirsən də, yəni ki, aparılan oyunlarda kimə hansı rol verilir və haracan icazə verilir keçməyə məsələsi. Bu çox geniş, dərin bir söhbətdir, ona görə mən belə qısaca üzdən deyirəm, çünki bilirəm ki, sən bunları bilirsən, ona görə səninlə bu barədə söhbət eləyirəm. Bu günləri biz, yəni ki, o icazə verilən xəttəcən gedirik də. Ordan oyana keçsək, bu çox olduqca çətin bir vəziyyət yaradar. Çünki bu rejimə artıq yuxarıdan düyməsi basılıb ki, bu rejim dəyişilməlidir. İndi hansı formada, hansı formatda dəyişilməlidir sualı durur ortalıqda. Yəni bizə icazə verəcəklərmi biz dəyişək, ya kimisə gətirəcəklərmi dəyişsinlər? Ona görə mən həmişə söhbətlərimdə nə deyirəm, deyirəm böyük siyasətin içində oyun qurmağı bacarmaq lazımdır. Əgər biz oyun qura bilsək bu böyük siyasətin içərisində, o başqa məsələ, onda biz udarıq. Yox, oyun qura bilməsək, onda başa düşürsən, camaatın gözünün qabağına elə bir insan çıxardacaqlar ki, onun ətəyində namaz hamı qılmağa hazır olacaq."
Избранный
124
8
newscenter.az

10Источники