RU

Neftçi nin futbolçusu Messi ilə bağlı sirri açdı: İnana bilmədik

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Dünya futbolunun əfsanəsi Lionel Messi ilə bağlı illər sonra üzə çıxan maraqlı bir xatirə idman mediasının gündəminə bomba kimi düşüb.

Fanat.Az xəbər verir ki, hazırda ölkəmizdə "Neftçi"nin şərəfini qoruyan Falaye Sako, ulduz futbolçu ilə yaşadığı inanılmaz forma dəyişmə anını bölüşüb.

Sako bildirib ki, Messi ona yaxınlaşaraq formasını istəyəndə buna nə özü, nə də komanda yoldaşları inana bilib. Malili müdafiəçi həmin anı belə təsvir edir:

"Messi məndən formamı istəyəndə çox təəccübləndim. Bu günə qədər onun kimdənsə forma istədiyini eşitməmişdim. Ondan niyə məhz məni seçdiyini soruşanda, 'Afrikalı oyunçulardan çox formam yoxdur' cavabını verdi."

Hazırda "ağ-qaralar"ın müdafiə xəttində çıxış edən Sako, Messidən aldığı həmin formanın indi Malidə olduğunu və bunun təkcə onun ailəsi üçün deyil, bütün ölkəsi üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
73
1
fanat.az

2Источники