RU

Azərişıq ittihamlara cavab verdi VİDEO

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlərdə elektrik enerjisi ödənişi edən bəzi abunəçilər balansdakı vəsaitin bir hissəsinin dərhal tutulması ilə bağlı suallarla qarşılaşıblar. Bu barədə ARB-nin aparıcısı Sevda Rəsulqızı da danışıb. O bildirib ki, vətəndaşlardan pul tutulması narazılıq doğurub.Araşdırmalar nəticəsində məlum olub ki, vətəndaşlar arasında müəyyən çaşqınlıq yaradan məsələnin kökündə yeni tarif qaydaları və köhnə borcların ödənilməsi mexanizmi dayanır.Belə ki, Yanvar ayından etibarən tətbiq edilən sabit tariflə bağlı proqram təminatındakı yenilənmələr fevral ayının hesabatı ilə üst-üstə düşüb. Nəticədə abunəçilər fevralda ödəniş edərkən balansdan iki manat tutulduğunu görüblər. Bu məbləğin bir manatı yanvar, digər bir manatı isə fevral ayı üçün nəzərdə tutulan sabit tarifin xərcidir. Bu təsadüf bir çox istehlakçıda sanki ikiqat ödəniş alınması təəssüratı yaradıb.Digər vacib məqam isə abunəçilərin keçmiş illərdən qalan borcları ilə əlaqədardır. Qaydalara görə, borcu olan şəxsin elektrik təchizatı tam ödəniş edilənə qədər dayandırılmalıdır. Lakin qurum vətəndaşların qaranlıqda qalmaması üçün daha yumşaq yanaşma nümayiş etdirir. Əvvəllər ödənilən məbləğin 80 faizi köhnə borca yönəldilirdisə, indi bu rəqəm 50 faizə endirilib.Yeni 50/50 prinsipinə əsasən, məsələn, abunəçi hesaba 10 manat yükləyirsə, onun 5 manatı köhnə borcun bağlanmasına, qalan 5 manatı isə cari istifadəyə sərf olunur. Bu üsul borclu vətəndaşların enerjisiz qalmadan öhdəliklərini tədricən yerinə yetirməsinə şərait yaradır. Sayğaclardan tutulan vəsaitlər itmir, birbaşa abunəçinin şəxsi hesabındakı borcların silinməsinə və ya təsdiq olunmuş sabit tarifə yönəldilir.

 

Kənan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
demokrat.az

2Источники