RU

Bir yola görə iki qonşu arasında QIRĞIN: Reportyorumuza niyə hücum ÇƏKDİLƏR -VİDEO

Binə qəsəbəsində bir yol iki qonşu arasında demək olar ki, ölüm-dirim məsələsinə çevrilib. “TV Müsavat”a müraciət edən qəsəbə sakini Abdullayev Alı Şıxməmməd oğlu bildirir ki, qonşusu həyətin küçəyə çıxışından istifadə etməyə imkan vermir. Onun sözlərinə görə, qonşu həmin yolun onlara məxsus olduğunu iddia edir. Abdullayev ailəsi isə evlərinin başqa çıxışı olmadığını deyərək çarəsiz vəziyyətdə qaldıqlarını bildirir.

Ailə məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara da müraciət etdiyini deyir. Lakin onların sözlərinə görə, problem hələ də həllini tapmayıb.

Alı Abdullayev bildirir ki, məsələ ilə bağlı Xəzər Rayon Məhkəməsinə də müraciət edib. Amma iddiasına görə, artıq iki ildir ki, proses uzadılır və o, süründürməçiliklə üzləşir.

Ailəyə problem yaradan həmin qonşu ilə də danışmağa cəhd etdik. Lakin o, suallarımıza cavab verməkdən yayındı və yenidən qonşuya qarşı həqarətli ifadələr işlətməyə başladı.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ərəstun Əliyevlə də əlaqə saxladıq və vəziyyəti öyrənməyə çalışdıq.

Jurnalistlərin qəsəbədə olduğunu öyrənən icra nümayəndəsi qısa müddət sonra əraziyə gəldi. Lakin “TV Müsavat”ın çəkiliş qrupunu görən kimi həm icra nümayəndəsi, həm də qonşu çəkilişə etiraz etdilər.

Kameraya danışmaq istəməsə də, icra nümayəndəsi ailəyə problemin həlli üçün kömək edəcəyinə söz verdi. Biz də bu sözün reallaşacağına ümid edərək ərazini tərk etdik.

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

Избранный
46
musavat.com

1Источники